• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü -FOTO

SİYASƏT

08 May 2024 | 13:33 | Müəllif: Qalib İbrahimoğlu

Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü -FOTO

Mayın 8-də Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, görüşdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının və müttəfiqliyinin hərtərəfli inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri xüsusi vurğulandı.

Ankara şəhərində keçiriləcək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının və birgə Biznes Forumun əhəmiyyəti vurğulandı.

Ə.Əsədovun rəsmi səfərinin Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edildi.


Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü -FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026