• Bakı 10° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Parlament büdcəyə dəyişikliyi müzakirə edir

SİYASƏT

07 Iyun 2024 | 11:21 | Müəllif: Qalib İbrahimoğlu

Parlament büdcəyə dəyişikliyi müzakirə edir

Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilir.

Bakıvaxtı.az xəbər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasının gündəliyinə daxil edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sənəd layihəsini təqdim edir.

Qeyd edək ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 36 353 000,0 min manat, xərcləri 39 707 300,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 35 577 753,0 min manat, yerli gəlirləri 775 247,0 min manat, mərkəzləşdirilmiş xərcləri 38 922 497,0 min manat, yerli xərcləri 784 803,0 min manat) məbləğində təklif edilir.

Günel Abbas


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026