• Bakı 23° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

İndiyədək neçə nəfər deputatlığa namizədliyini irəli sürüb? - Açıqlama

SİYASƏT

06 Iyul 2024 | 17:12

İndiyədək neçə nəfər deputatlığa namizədliyini irəli sürüb? - Açıqlama

"Azərbaycanda indiyədək 86 nəfər deputatlığa namizədliklə bağlı müraciət edib".

Bakıvaxtı.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, imza vərəqələrinin və başqa sənədlərin yoxlanılması asan deyil:

"İndiyədək 86 nəfər 48 dairə üzrə müraciət edib. İmza toplamaq əziyyət tələb edir. Ona görə də bu məsələyə diqqətlə yanaşılmalıdır".

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.


SON XƏBƏRLƏR

04 Oktyabr 2024