• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İrəvan KTMT-dən çıxmaq kursu götürüb: Rusiyanın maksimum edəcəyi Paşinyanı devirmək ola bilər

SİYASƏT

05 Avqust 2024 | 16:49 | Müəllif: Qalib İbrahimoğlu

İrəvan KTMT-dən çıxmaq kursu götürüb: Rusiyanın maksimum edəcəyi Paşinyanı devirmək ola bilər

Ermənistan KTMT-nin Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərində iştirakdan imtina edib.

Tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın nazirlik və idarələrinin nümayəndələri iştirak edəcəklər. İştirakçılar təcrübə mübadiləsi aparacaq və xüsusi təyinatlı bölmələr arasında qarşılıqlı fəaliyyət bacarıqlarını təkmilləşdirəcəklər. Xüsusi təyinatlılar aviasiya və PUA-lardan istifadə edərək binalara və nəqliyyat vasitələrinə basqın etmək, girovları azad etmək və yaraqlıları zərərsizləşdirmək üçün məşq edəcəklər.

Ermənistan imtinası onun üçün hansı nəticələrə səbəb ola bilər?

Politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistanın sözügedən addımı yenilik deyil. Bundan öncə də Ermənistan və onun rəhbərliyi KTMT-nin bir neçə tədbirlərində və təlimlərində iştirak etməyiblər.

O, fevral ayında Paşinyanın Ermənistanın KTMT daxilindəki fəaliyyətini de-yure dayandırdığını elan etdiyini xatırladıb:

"Paşinyan həmin vaxt bunun du-yure ola biləcəyini də istisna etməmişdi. Həmin vaxtdan Ermənistanın imtina ilə bağlı addımları artıq adət halı alıb. Bu o deməkdir ki, Paşinyan hazırda KTMT-dən çıxmaq kursu götürüb və bu qərarında israrlıdır. Ermənistanın KTMT-dən çıxması ABŞ və Qərbin maraqlarına xidmət edəcək və bunun nəticəsi olaraq Rusiyanın kəskin cavabı ilə üzləşə bilər".

Politoloq hesab edir ki, Ermənistan KTMT-dən çıxmaqla, Rusiyanın bölgədəki təsir rıçaqlarını daha da zəiflədə bilər.

"Bu gün həm Qərb, həm də Rusiya məhz bölgənin ən zəif bəndi olan Ermənistan vasitəsilə regiondakı maraqlarını təmin etməyə çalışırlar. Rusiya rəsmiləri bu istiqamətdə Paşinyanı Zelenski ilə müqayisə edərək, onun Zelenskinin vəziyyətinə salına biləcəyi mesajını da verirlər. Bu, hər bir halda heç də asan olmayacaq. Çünki Rusiya hazırda bir cəbhədə mübarizə aparır. Yeni ikinci və üçüncü cəbhələrin açılması siyasi və hərbi baxımdan əlverişli deyil", - deyə müsahibimiz qeyd edib.

Kamran Məmmədli:

Kamran Məmmədlinin fikrincə, Rusiyanın maksimum edəcəyi Ermənistanı iqtisadi blokadaya salaraq Paşinyan hakimiyyətini devirmək olacaq. Baxmayaraq ki, bundan öncə bununla bağlı dəfələrlə cəhdlər də olub. Lakin hər biri uğursuzluqla nəticələnib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR