• Bakı 20° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Üçüncü Dünya müharibəsinin işartıları: Zəif dövlətlər yıxılarsa, bir daha ayağa qalxa bilməyəcək

SİYASƏT

04 Sentyabr 2024 | 15:45

Üçüncü Dünya müharibəsinin işartıları: Zəif dövlətlər yıxılarsa, bir daha ayağa qalxa bilməyəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Ukrayna ilə danışıqlar masası arxasına oturmağa həmişə hazır olub, lakin Kursk vilayətinə hücumdan sonra bu barədə danışmaq artıq aktual deyil.

Bəs görəsən, qarşıdakı dövrdə Rusiya-Ukrayna münaqişəsi fonunda hansı hadisələr yaşana bilər?

Politoloq Tofiq Abbasov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna münaqişəsini Rusiya tərəfi hərbi əməliyyat, Ukrayna tərəfi isə müharibə adlandırır. Lakin göstəricilərə görə, tərəflər arasında ciddi müharibə gedir.

Onun sözlərinə görə, bu müharibənin iştirakçıları iki subyektdən ibarət deyil. Yəni Rusiyanın və Ukraynanın arxasında duran qüvvələr var:

"ABŞ, Böyük Britaniya, Almaniya və bir sıra ölkələr müharibənin səngiməsini istəmirlər. Bu ölkələr müharibənin maksimum uzunmüddətli olmasına və Rusiyanın zəifləməsinə can atırlar. Bundan başqa, ABŞ və Qərb ölkələri sözügedən münaqişə ilə bağlı prosesdə Almaniyanın daha fəal olmasını gözləyirlər. Hətta lazım gələrsə, Almaniya hərbi əməliyyatlara qoşulsun. Bu, Qərb tərəfindən cızılmış plandır. Rusiya-Ukrayna müharibəsi uzanacağı təqdirdə Baltikyanı ölkələr, Litva da prosesə qoşula bilər".

T.Abbasov hesab edir ki, hazırda müharibənin çox mürəkkəb və qeyir-səlis gedişatı müşahidə olunur. Yəni ölkələri qarşıdurmaya sürükləyən vəziyyət hökm sürür. Yaxın Şərq və Şərqi Avropada yaşanan gərginliklər təsadüfi deyil. Bu vəziyyət isə dünya üçün risklər vəd edir. Əgər zəif dövlətlər yıxılarsa, bir daha ayağa qalxa bilməyəcəklər.

"Kursk vilayətinə hücum edən Ukrayna ordusunun dəstələri xüsusi təyinatlıdır. Bu dəstələri hazırlayanlar amerikalı və britaniyalılardır. Onlara elə texnika verilib ki, istənilən səddi aşa bilirlər. Kursk vilayətindən Avropaya qaz kəmərinin getdiyini nəzərə alsaq, Rusiyada qaz paylayıcı stansiyanın məhv olması fonunda Moskva idxalçı ölkələrə çox böyük təzminatlar verməli olacaq", - deyə politoloq qeyd edib.

Tofiq Abbasov: Rusiya-Ukrayna müharibəsinə Baltikyanı ölkələr, Litva da prosesə qoşula bilər

Sözügedən münaqişənin aqibətinə toxunan müsahibimiz vurğulayıb ki, Rusiya yavaş-yavaş əlverişsiz duruma düşür. Rusiya artıq İrandan ballistik raketlər alacağını bildirib. Yəni, dünya müharibəsinin işartıları müşahidə olunur:

"Elə bir fors-major hadisə baş verməlidir ki, Rusiya və Ukrayna arasında danışıqlar baş tutsun".

Gülşən Şərif


SON XƏBƏRLƏR

20 Sentyabr 2024