• Bakı 21° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Özbəkistan liderinin də Şuşa səfəri başa çatdı

SİYASƏT

06 Iyul 2024 | 18:58

Özbəkistan liderinin də Şuşa səfəri başa çatdı

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak edən Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin Azərbaycana səfəri iyulun 6-da başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti Şövkət Mirziyayevi hava limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.


SON XƏBƏRLƏR