• Bakı 11° C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Azad olunan ərazilərdə yeni seçki məntəqələri yaradılacaq

SİYASƏT

06 Iyul 2024 | 17:15 | Müəllif: Gülşən Şərif

Azad olunan ərazilərdə yeni seçki məntəqələri yaradılacaq

 "İşğaldan azad olunan ərazilərdə yeni seçki məntəqələri yaradılacaq".

Bakıvaxtı.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, ötən seçkilərdə azad olunan ərazilərdə seçki məntəqələrinin yaradılması üzərində işlənilib:

"Həmin ərazilərdə 26 seçki məntəqəsi var idi. Yəqin ki, kifayət qədər də artacaq. Çünki əhalinin qayıdış proqramı ilə əlaqədar oraya qayıdan əhalinin sayı da artıb. Növbəti iclasda bu məsələ gündəliyə çıxarılacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026