• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Parlament bu ilin büdcəsinə dəyişiklikləri təsdiqlədi

SİYASƏT

07 Iyun 2024 | 12:24 | Müəllif: Qalib İbrahimoğlu

Parlament bu ilin büdcəsinə dəyişiklikləri təsdiqlədi

Milli Məclis “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, sənəd layihəsini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Qeyd edək ki, yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirləri isə 36 milyard 353 milyon manat həcmində  proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764 milyon manat artaraq, 3 milyard 354 milyon manata çatdırılır.

Günel Abbas


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026