İcmal büdcənin gəlirləri 43 milyard 480 milyon manat olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, yenidən baxılacaq 2024-cü il icmal büdcənin əsas parametrlərinə dair bildirilib ki, icmal büdcənin gəlirləri 43 milyard 480 milyon manat, xərcləri isə 45 milyard 592 milyon manat proqnozlaşdırılır.
Günel Abbas
















