• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Qalatasaray”ın sabiq futbolçusu Braziliyada həbs olundu

İDMAN

07 May 2024 | 19:10 | Müəllif: Subhan Mahmudov

“Qalatasaray”ın sabiq futbolçusu Braziliyada həbs olundu

"Mançester Siti" klubunun sabiq futbolçusu Jo Braziliyada saxlanılıb.

Bakıvaxtı.az bildirir ki,  buna səbəb "sambaçı"nın aliment ödəməməsidir.

Braziliya 2-ci divizionunda "Amozanas" klubunda çıxış edən forvard oyundan əvvəl saxlanılıb. Futbolçunun vəkilinin sözlərinə görə, aliment ödənildikdən sonra o, sərbəst buraxılacaq.

Qeyd edək ki, Jo "Mançester Siti", "Everton", "Qalatasaray", SSKA (Moskva), "Korintians", "İnternasional", "Atletiko Mineyro" və "Naqoya Qrampus" klublarının şərəfini qoruyub. O, Braziliya millisində 20 oyun keçirib və bu matçlarda 5 qolla yadda qalıb./idmanbiz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026