• Bakı 9° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Harri Keyn dünyanın ən yaxşı hücumçusu seçildi - SİYAHI

İDMAN

06 Iyun 2024 | 16:46

Harri Keyn dünyanın ən yaxşı hücumçusu seçildi - SİYAHI

Almaniyanın "Bavariya" klubunun üzvü Harri Keyn dünyanın ən yaxşı hücumçusu seçilib.

Bakıvaxtı.az xəbər verir ki, məşhur "FourFourTwo" nəşri ən yaxşı hücumçuların yenilənmiş siyahısını təqdim edib.

H.Keyn siyahının ilk pilləsində yer alıb. Bir neçə gün öncə İspaniyanın "Real" klubuna transfer olunan Kilian Mbappe ikinci yerdə qərarlaşıb. İngiltərə təmsilçisi "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holann üçüncü olub.

"FourFourTwo"nun versiyasına görə ilk "10-luq":

1. Harri Keyn ("Bavariya", Almaniya)
2. Kilian Mbappe ("Real", İspaniya)
3. Erlinq Holann ("Mançester Siti", İngiltərə)
4. Viktor Osimhen (“Napoli”, İtaliya)
5. Aleksander İsak ("Nyukasl", İngiltərə)
6. Lautaro Martines (“İnter”, İtaliya)
7. Son Hın Min ("Tottenhem", İngiltərə)
8. Viktor Qyökeres ("Sportinq", Portuqaliya)
9. Olli Uotkins ("Aston Villa", İngiltərə)
10. Randal Kolo Muani (PSJ, Fransa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR