• Bakı 23° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Misirli futbolçu oyun zamanı öldü

İDMAN

06 Iyul 2024 | 14:37

Misirli futbolçu oyun zamanı öldü

Misir millisinin və yerli “Fyuçe” klubunun futbolçusu Əhməd Refaat infarkt keçirərək dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Misir Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Hadisə Misir çempionatının XI turunda “Əl-İttihad”a qarşı keçirilən matç zamanı baş verib. 

31 yaşlı forvard oyunun başa çatmasına 2 dəqiqə qalmış yerə yıxılıb. 

Xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Əhməd Refaat peşəkar karyerası ərzində 211 oyun keçirib. O, Misir millisində isə 7 matçda 2 qolla yadda qalıb.(qafqazinfo)


SON XƏBƏRLƏR

04 Oktyabr 2024