• Bakı 16° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək

İDMAN

08 May 2024 | 09:10

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.

Bakıvaxtı.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Real" İspaniyada Almaniyanın "Bavariya" klubunu qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçın baş hakimi polşalı Şimon Marçinyak olacaq.

Münhendəki ilk matçda heç-heçə qeydə alınıb - 2:2. Qalib finalda Almaniyanın "Borussiya" (Dortmund) komandasına rəqib olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.


SON XƏBƏRLƏR