• Bakı 15° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Ukraynada məhkumların səfərbərliyə çağırılmasına icazə verildi

DÜNYA

08 May 2024 | 17:55

Ukraynada məhkumların səfərbərliyə çağırılmasına icazə verildi

Ukrayna Ali Radası bəzi kateqoriyadan olan məhbusların səfərbərliyə cəlb olunmasına icazə verib.

Bakıvaxtı.az-ın “unian“a istinadən xəbərinə görə, qərarda istisnaların şamil olunacağı şəxslərin əhatə dairəsi açıqlanıb.

    Bildirilib ki, qətl və zorakılıq, habelə milli təhlükəsizlik əleyhinə cinayətlərə görə məhkum olunanlar, psixoloji problemləri təsdiqlənən məhkumlar, hüquq-mühafizə orqanı əməkdaşlarına qarşı silahdan istifadə edənlər, eləcə də korrupsiya cinayətlərinə görə cəza çəkənlər bu prosesdən kənarda qalacaqlar.

    Eyni zamanda bu şəxslərə aid səfərbərliyin könüllülük prinsiplərinə əsaslanmalı olduğu və onların ayrıca hərbi birləşmələrdə xidmət edəcəyi də sənəddə öz əksini tapıb.


    SON XƏBƏRLƏR

    19 May 2024