• Bakı 18° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Rusiya Karib hövzəsində təlim keçəcək? - Kremldən açıqlama

DÜNYA

07 Iyun 2024 | 16:12 | Müəllif: Gülşən Şərif

Rusiya Karib hövzəsində təlim keçəcək? - Kremldən açıqlama

"Rusiyanın Karib dənizində hərbi təlimlər keçməsi üçün Müdafiə Nazirliyinə müraciət edilməlidir".

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, Rusiya hər hansısa hərbi təlim keçirmək üçün öncəliklə Müdafiə Nazirliyinə sorğu göndərməlidir. Sorğunun cavabından asılı olaraq, müvafiq addımlar atıla bilər.  

Qeyd edək ki, bir neçə gün Amerika təhlilçiləri Rusiyanın yaxın həftələrdə hərbi təlimlər keçirməyi planlaşdırdığını, buna görə də gəmi və təyyarələrini Karib hövzəsinə apardığını bildirmişdi. Təhlilçilərə görə, bu manevrlər Moskvanın ABŞ-nin Ukraynaya dəstəyinə cavabının bir hissəsidir. 

Gülşən Şərif
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026