• Bakı 13° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kremldən Makrona CAVAB

DÜNYA

07 Iyun 2024 | 14:17 | Müəllif: Qalib İbrahimoğlu

Kremldən Makrona CAVAB

 “Makron Ukraynayla bağlı son dərəcə təxribat xarakterli bəyanatları ilə bütün Avropada gərginliyi artırır”.

Bakıvaxtı.az RİA-ya istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, Makronun Fransanın Ukraynadakı müharibəyə birbaşa müdaxilə etməyə hazır olması ilə bağlı açıqlamasına reaksiya verib.

Qeyd edək ki, dünənki açıqlamasında Makron Fransanın Ukraynaya Mirage 2000 döyüş təyyarələri verməyi planlaşdırdığını bildirib.

Emmanuel Makron bunu Ukrayna prezidenti Vladimir Zelenskinin Fransaya səfəri zamanı deyib.

Fransanın 4500 Ukrayna əsgərinə təlim keçməyi təklif etdiyini açıqlayan Makron hazırda Ukrayna ərazisində fransız hərbi təlimatçılarının olmadığını vurğulayıb.

Nərmin Nağıyeva

BDU-nun tələbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR