• Bakı 15° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

SİYASƏT

08 May 2024 | 16:42

Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mayın 8-də Şəhidlər xiyabanını ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident Rumen Radev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


SON XƏBƏRLƏR

19 May 2024