• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Evdən 8 min dollar və 930 min rubl oğurlandı

HADİSƏ

08 May 2024 | 12:21

Evdən 8 min dollar və 930 min rubl oğurlandı

Lənkəranda evdən oğurluq edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın Bakıvaxtı.az-a verilən məlumata görə, Liman şəhəri ərazisində yerləşən evlərdən birindən 8000 ABŞ dolları və 930 000 rus rublunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahim Əkbərov, Elşən Mirzəzadə Bakı şəhərində və Rövşən Nuruşov Saatlı rayonunda saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin qohumu R.Əkbərov verib.

    Araşdırmalar davam etdirilir.


    Evdən 8 min dollar və 930 min rubl oğurlandı
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Noyabr 2026