• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Motosiklet maşına çırpıldı, xəsarət alan var

HADİSƏ

06 Iyun 2024 | 16:57

Motosiklet maşına çırpıldı, xəsarət alan var

Naxçıvanda yol qəzası olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ordubad-Naxçıvan magistralında, Babək rayonu yol ayrıcında qeydə alınıb.

Culfa rayonu Ərəzin kənd sakini, 1975-ci il təvəllüdlü İbrahimov Müslüm Həsən oğlunun idarə etdiyi 72-A-274 dövlət nömrə nişanlı motosiklet Bayramov Əli Elxan oğlunun idarə etdiyi 67-BC-239 dövlət nömrə nişanlı "VAZ-21074" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində M.İbrahimov xəsarət alaraq Naxçıvan MR Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR