• Bakı 15° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Paşinyanla Kreml arasına gizli razılıq: Baş nazir Moskvadan təzyiqlərin artmasından ehtiyatlanır

SİYASƏT

08 May 2024 | 15:42

Paşinyanla Kreml arasına gizli razılıq: Baş nazir Moskvadan təzyiqlərin artmasından ehtiyatlanır

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyada işgüzar səfərdədir.

Bakıvaxtı.az-ın məlumatına görə, bu gün Moskvada Avrasiya İqtisadi İttifaqının 10 illik yubiley sammiti keçiriləcək. Nikol Paşinyan bu mərasimdə Aİİ sədri kimi iştirak edəcək. Onun həmçinin Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir. Paşinyan dünən keçirdiyi mətbuat konfransında İrəvanla Moskva arasında problemlər olduğunu bildirib. O, yenə də Rusiyaya ünvanlanan bir sıra xoşagəlməz bəyanatlar verib.

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, burada bir neçə əhəmiyyətli faktor önəmlidir.

Analitik bildirib ki, Rusiya ilə Ermənistan arasında yığılıb qalmış problemlər var:

"Problemlər öz həllini gözləyir. Əgər aradan qaldırılmazsa, iki ölkə arasında münasibətlər birdəfəlik olaraq mənfi istiqamətdə cərəyan edəcək və qopma mərhələsinə gələcək. Ermənistan artıq KTMT-dəki fəaliyyətini dondurub, hərbi təlimlərdə iştirak etmir. Bu da təbii olaraq İrəvan-Moskva əlaqələrinə təsir göstərir. Putinin andiçmə mərasiminə qatılmayan və 9 may hərbi paradında iştirak etməyəcəyini açıqlayan Paşinyan Rusiyaya birgünlük səfər etdi. Ermənistan baş naziri fərqindədir ki, indiyədək atdığı addımlarla kifayət qədər münasibətləri gərginləşdirib. Daha da irəliyə getmək vəziyyəti kritik həddə çatdırar və nəticəsi çox ağır olar. Ən əsası isə Putinin şəxsinə hörmətsizlik kimi qəbul olunar. Baş nazir Moskvadan özünə qarşı təzyiqlərin artmasından ehtiyatlanır".

Hömsöhbətimiz vurğulayıb ki, hazırda Ermənistan baş nazirinin vəziyyəti heç də yaxşı deyil:

"Ermənistanda Tavuş vilayətindən başlayan etirazlar davam etməkdədir. Erməni kilsəsinin təhriki ilə etiraz aksiyalarını genişləndirməyə cəhd göstərirlər. Xüsusən Qazaxın dörd kəndinin qaytarılması, sərhədlərin demarkasiyası ilə bağlı İrəvan hökumətini sıxışdırırlar”.

Turab Rzayev: Vəziyyət kritikləşəndə hansısa sehirli əlin köməyi ilə Paşinyanla Putin bir araya gəlir

Onun fikrincə, Paşinyanın Rusiyaya səfər məqsədində təzyiqləri azaltmaqdır. Putinlə görüş ən azından münasibələri müəyyən qədər yumşaldacaq:

“Digər məqam isə odur ki, Paşinyan özünü qatı Qərbpərəst və Rusiyanın düşməni kimi göstərməyə çalışsa da, görünür, bəzi hallarda Paşinyanla Kreml arasına bəzi məsələlərdə gizli razılıq mövcuddur. Bunun fərqli nüanslarını daha əvvəl görmüşük. Xüsusən, vəziyyət kritikləşəndə hansısa sehirli əlin köməyi ilə Paşinyanla Putin bir araya gəlir və əlaqələrin tamamilə qopmasının qarşısını alır".

Aydın Baxış


SON XƏBƏRLƏR

19 May 2024