• Bakı 15° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Azərbaycan və İsrail XİN-ləri arasında məsləhətləşmələr keçirilib

SİYASƏT

08 May 2024 | 15:37

Azərbaycan və İsrail XİN-ləri arasında məsləhətləşmələr keçirilib

Azərbaycan və İsrail Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail XİN-də siyasi məsələlər üzrə direktor Aliza Bin Noun "X" hesabında bildirib.

"Azərbaycan XİN-də xarici işlər nazirinin müavini Fariz Rzayev ilə səmərəli nazirliklərarası məsləhətləşmələr apardıq. Güclü ikitərəfli münasibətlərimiz diqqətlə təhlil olundu və onların davamlı inkişafı üçün yollar axtarıldı. Biz həmçinin Yaxın Şərq və Qafqazda inkişaf edən dinamikaya toxunduq. Səmimi qəbula və zəngin fikir mübadiləsinə görə minnətdarıq", - İsrail diplomatı bildirib.


SON XƏBƏRLƏR

19 May 2024