• Bakı 15° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

İstanbulda sunami təhlükəsi varmı? - Açıqlama

DÜNYA

08 May 2024 | 15:23

İstanbulda sunami təhlükəsi varmı? - Açıqlama

Zəlzələ mütəxəssislərinə görə, İstanbulda baş verən zəlzələdən sonra Mərmərə dənizində sunami riski yarana bilər.

 Bakıvaxtı.az "Sabah"a istinadən bildirir ki, bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu bəyanat yayıb.

Bəyanata əsasən, Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu  İl Fəlakət Riskinin Azaldılması Planı (İRAP) çərçivəsində risklərin qarşısını almaq üçün erkən xəbərdarlıq sistemlərindən 19-nu istifadəyə verib. Türkiyə daxilində fəaliyyət göstərən stansiyalar sayəsində zəlzələdən sonra 7 dəqiqə ərzində sunami baş verib-verməyəcəyi ilə bağlı vətəndaşlara xəbərdarlıq ediləcək.

Tikintisi davam edən İmralı stansiyasının istifadəyə verilməsi ilə birlikdə erkən xəbərdarlıq sistemlərinin ümumi sayı 48-ə çatacaq. 

Bildirilib ki, gələcəkdə stansiyaların sayını artırandan sonra erkən xəbərdarlıq müddətinin 4 dəqiqəyə endirilməsi nəzərdə tutulub.

Gülşən Şərif


SON XƏBƏRLƏR

19 May 2024