• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

FIFA prezidenti COP29-a dəvət olundu

İDMAN

07 May 2024 | 19:33

FIFA prezidenti COP29-a dəvət olundu

Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri Fuad İsgəndərov Sürix şəhərinə səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) qərargahında təşkilatın Baş katibi Mattias Grafström ilə görüş keçirilib.

Səfir F.İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantinoya ünvanlanmış dəvətnaməni qarşı tərəfə təqdim edib. Dəvət məktubu məmnunluqla qəbul olunub.

Görüşdə, həmçinin FIFA-nın Avropa üzrə regional direktoru Elxan Məmmədov və İctimaiyyətlə əlaqələr üzrə meneceri Annaliza Tsakona iştirak ediblər.


SON XƏBƏRLƏR

18 May 2024