• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

TƏCİLİ: İran Prezidentinin helikopteri tapıldı? - YENİLƏNİB

DÜNYA

19 May 2024 | 23:03

TƏCİLİ: İran Prezidentinin helikopteri tapıldı? - YENİLƏNİB

İran Qızıl Aypara Cəmiyyətinin operativ qərargahı xilasedicilərin Raisinin helikopterini tapması ilə bağlı məlumatı təsdiqləməyib.

Bakıvaxtı.az xəbər verir ki, İranın energetika naziri bildirib ki, xilasetmə işləri davam edir və onlar fövqəladə hadisə yerinə 2 km məsafəyə qədər yaxınlaşıblar.

***22:25

"Ümid edirik ki, bir neçə dəqiqədən sonra xoş xəbər alacağıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin baş katibi Yaqub Süleymani deyib. 

"Bir neçə dəqiqə əvvəl bizə çatan ən son xəbər odur ki, bizim 5 xüsusi qrup Rəisinin helikopterini tapıb", - deyə Süleymani qeyd edib. 

***21:55

Qəzadan sonra İran prezidentinin helikopterinin iki sərnişini ilə əlaqə saxlamaq mümkün olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran mediası yazıb. 

***20:38

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğramasından 3 saatdan çox vaxt keçib.

Bakıvaxtı.az xəbər verir ki, axtarış işləri hələ də bir nəticə verməyib. 

***19:36

Bir qrup xilasedici İran prezidentinin helikopterinin sərt eniş etdiyi yerə çatıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri bildirib.

 

***18:43

İran Prezidenti İbrahim Rəisinin qəzaya düşdüyü helikopterin axtarışları davam etdirilir. 

Bakıvaxtı.az xəbər verir ki, axtarış yerindən yeni görüntü yayılıb. 

*** 18:24

İran prezidentinin sərt eniş edən helikopterinin dəqiq yeri müəyyənləşib.

Bakıvaxtı.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, sərt eniş Arsbaran meşələrində yerləşən Ozi kəndi yaxınlığında baş verib.

Aralarında texniki işçilər və həkimlərin də olduğu fövqəladə xilasetmə qrupları hadisə yerindədir. Bu barədə İRNA agentliyi İran Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Hadisə yerinə 20 xilasetmə qrupu gedib və helikopterin axtarışına başlanılıb.

 

***18:20

İran Prezidenti İbrahim Rəisinin vəziyyətinin yaxşı olduğunu yazan "Mehr" agentliyi məlumatı silib. 

Bakıvaxtı.az xəbər verir ki, Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, içərisində İran Prezidentinin olduğu helikopterdən hələ heç bir məlumat yoxdur. 

Medianın yazdığına görə, helikopterlə qısa bağlantı yaradıldıqdan sonra əlaqə kəsilib. Əlaqə zamanı qışqırıq səsləri eşidilib. 

 

***17:38

İran prezidentinin vəziyyəti yaxşıdır, kortejdə avtomobillə Təbrizə gedir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

 

***17:16

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.

Bakıvaxtlı.az report-a istinadən xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.

***17:04

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.

Vurğulanıb ki, "prezident helikopterində olanlardan bəziləri mərkəzlə əlaqə saxlamağa müvəffəq olub və beləliklə, bu hadisənin itkisiz yekunlaşacağına ümid artıb".

Məlumata görə, sözügedən hava gəmisinin göyərtəsində ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da olub.


SON XƏBƏRLƏR

26 Iyul 2024