• Bakı 19° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Xətaidə ev yandı - YENİLƏNİB + VİDEO

HADİSƏ

19 May 2024 | 15:28 | Müəllif: Subhan Mahmudov

Xətaidə ev yandı - YENİLƏNİB + VİDEO

Bakı şəhərinin Xətai rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə və qarşısına yığılan taxta tullantıları 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqdakı üçmərtəbəli fərdi yaşayış evinin 3-cü mərtəbəsində 2 ədəd pəncərə çərçivəsi qarsalanıb. Binanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

***14:30

Bakıda fərdi yaşayış evində yanğın olub.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Xətai rayonunda fərdi yaşayış evlərindən birində qeydə alınıb. Əraziyə yanğınsöndürənlər və şəxsi heyət cəlb olunub.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR