• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Oğurladığı şokoladları qatıqla dəyişdi - həbs olundu

HADİSƏ

18 Iyun 2024 | 09:51

Oğurladığı şokoladları qatıqla dəyişdi - həbs olundu

Bakıda məşhur marketdən şokolad oğurlayan şəxsə hökm oxunub.

Bakıvaxtı.az xəbər verir ki, oğurluq 1980-ci ildə Bakı şəhərində anadan olmuş Cəsarət Zamanov (şərti) tərəfindən törədilib.

Belə ki, Cəsarət Xətai rayonu, Gəncə prospekti 41/72 ünvanda yerləşən marketlərin birindən iki müxtəlif şokolad götürüb. Həmin şokoladları imkanı olmadığı üçün bazarda tanımadığı şəxsə verib, əvəzində isə süd və qatıq alıb. O, məhkəmədə əməlindən peşman olduğunu bildirib.

 

Məhkəmənin hökmü ilə C.Zamanov İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və 20 gün həbs edilib.Qaynarinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026