Bakıda yaşayış binasında yanğın olub.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Verilən məlumata görə, yanğın paytaxtın Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasında qeydə alınıb. Belə ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















