• Bakı 12° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Sumqayıtda PARTLAYIŞ - ölən var - YENİLƏNİB

HADİSƏ

16 Avqust 2024 | 13:07

Sumqayıtda PARTLAYIŞ - ölən var - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində, beşmərtəbəli yaşayış binansının 3-cü mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayışla bağlı məlumat yayıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, partlayış baş vermiş mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin meyiti aşkar edilib:

"Mənzildə aşkar edilmiş döyüş tətbiqinə yararlı 3 ədəd 23 mm-lik mərmi Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb. Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.

***

12:02

Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

    ***

    11:16

    Sumqayıtda partlayış olub.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə yaşayış binasında qeydə alınıb. Orada olan bir nəfərin əlində partlayıcının partladığı və həmin həmin şəxsin öldüyü bildirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR