• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Xəbərdarlıq: Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

HADİSƏ

14 Sentyabr 2024 | 18:00 | Müəllif: Gülşən Şərif

Xəbərdarlıq: Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Sentyabrın 16-sı axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə - Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvanda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026