• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İranla Azərbaycan münasibətlərində yeni səhifə açılıb – İran səfiri

SİYASƏT

19 May 2024 | 12:58

İranla Azərbaycan münasibətlərində yeni səhifə açılıb – İran səfiri

İran və Azərbaycan prezidentlərinin iki ölkənin dövlət sərhədində görüşü ilə iki qonşu ölkənin münasibətlərində yeni səhifə açılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün "X"-dəki səhifəsində yazıb.

"Fəxr edirəm ki, diplomatik missiyamın son günündə İran və Azərbaycan prezidentlərinin iştirakı ilə su diplomatiyasının uğurlu örnəyi olaraq ölkənin ən böyük sərhəd proyekti Xudafərin və Qız Qalası müştərək hidroqovşaqları istifadəyə verildi", - deyə o bildirib.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və İran İslam Respublikası Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilir./trend


SON XƏBƏRLƏR

26 Iyul 2024