• Bakı 21° C

    17.48 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Paşinyan: Delimitasiyanın növbəti mərhələsi Sünikdə başlaya bilər

SİYASƏT

17 Iyun 2024 | 22:18

Paşinyan: Delimitasiyanın növbəti mərhələsi Sünikdə başlaya bilər

Delimitasiyanın növbəti mərhələsinin Sünikdən (Zəngəzur-red.) başlaması istisna olunmur, lakin bu, istənilən başqa ərazidə də baş verə bilər.

Bakıvaxtı.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Hazırda reqlament layihəsi üzərində işləyirik. İlkin razılığa əsasən, onun təsdiqlənməsindən sonra qərar veriləcək.

Dünəndən Sünik vilayətindəyəm, həm sərhədyanı, həm də qeyri-sərhəd yaşayış məntəqələrində onlarla görüş keçirmişəm. Göründüyü kimi, sülh gündəliyi, real Ermənistanın gündəliyi xalqımıza aydındır. Bu çox vacibdir. O deməkdir ki, nə etdiyimizi və nə üçün etdiyimizi xalqımıza çatdıra bilmişik.

Bu kontekstdə delimitasiya və digərləri operativ məsələlərə çevrilir. Hökumət təbii ki, nə baş verdiyini, niyə baş verdiyini, məqsədin, risklərin nədən ibarət olduğunu, risklərin idarə edilməsi üsullarımızın nədən ibarət olduğunu ictimaiyyətə geniş şəkildə çatdırmağa davam etməlidir. Biz bu məntiqi rəhbər tutaraq irəli getməliyik”, - Paşinyan qeyd edib.


SON XƏBƏRLƏR