Hakim Yeni Azərbaycan Partiyası (YAP) 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa yeni namizəd irəli sürüb.
Bakıvaxtı.az-ın məlumatına görə, hakim partiya 90 saylı Ağdaş seçki daisəindən Əli Abbas oğlu Hüseynovu özünün deputatlığa namizədlər siyahısında göstərib.
Əvəzində indiyədək həmin dairəni Milli Məclisdə təmsil edən Cavid Osmanov “vurulub”.
YAP-ın bu gün açıqlanan deputatlığa namizədlər siyahısında o yer almayıb.
Qeyd edək ki, Cavid Osmanov beşinci və altıncı çağırış Milli Məclisin üzvü olub.
O, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ağdaş rayon təşkilatının sədridir.
Cavid Osmanov YAP-ın siyahısına düşmədi
SİYASƏT
17 Iyul 2024 | 15:55

SON XƏBƏRLƏR
24 Noyabr 2026
19:14
19:07
16:30











jpg-1723791648.webp)



