• Bakı 24° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.893

    RUB - 0.0186

Bakı və Buxarest arasında məsləhətləşmələr keçirildi

SİYASƏT

17 Iyul 2024 | 21:03

Bakı və Buxarest arasında məsləhətləşmələr keçirildi

16 iyul 2024-cü il tarixində Buxarest şəhərində Azərbaycan Respublikası və Rumıniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Rumıniya nümayəndə heyətinə dövlət katibi Ana Kristina Tinka rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırki vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

Görüşdə post-münaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Səfər zamanı F.Rzayev həmçinin Rumıniyanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də beyin mərkəzlərinin nümayəndələri ilə keçirilən tədbirdə çıxış edib.


SON XƏBƏRLƏR

29 Avqust 2024