• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Seçkilərdə "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı üçə çatdı

SİYASƏT

16 Avqust 2024 | 16:20

Seçkilərdə "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı üçə çatdı

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə “exit poll” keçirmək niyyətində olan qurumların müraciətlərinə baxılıb.

Bakıvaxtı.az xəbər verir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O bildirib ki, Sosialoji Tədqiqatlar Mərkəzi seçkilərdə “exit poll” keçirmək üçün MSK-ya müraciət edib:

“Təşkilat 75 seçki dairəsinin 750 seçki məntəqəsində exit poll” keçirmək üçün müraciət edib. Onların müraciətində və sənədlərində heç bir uyğunsuzluq, hüquq pozuntusu aşkarlanmayıb və hər iki quruma “exit poll” üçün şərait yaradılması qanunauyğun hesab edilib”.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlər səsvermə gününə ən azı 20 gün qalanadək qəbul edilir.

“Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda bu müddət 2024-cü il avqustun 12-dək nəzərdə tutulmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026