• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

REAL Partiyasının namizədinin anonim müraciətinə baxılmayıb

SİYASƏT

14 Sentyabr 2024 | 16:59 | Müəllif: Gülşən Şərif

REAL Partiyasının namizədinin anonim müraciətinə baxılmayıb

52 saylı Yevlax seçki Dairəsi üzrə REAL Partiyasından namizədliyi qeydə alınmış Rəsul Cəfərovun müraciətinə baxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov məlumat verib.

Qabil Orucov bildirib ki, Rəsul Cəfərovun dairə seçki komissiyasının hərəkətsizliyindən olan müraciəti anonim şəkildə təqdim edilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, partiya rəhbərliyinə ərizəçinin özünün gedib şikayəti öz adıyla etməsini təmin etməsi üçün çıxdıq.

MSK katibi Mikayıl Rəhimov isə qeyd edib ki, bununla bağlı partiya rəhbərliyi ilə danışıb: “İlqar müəllimə dedim ki, ona deyin ki, ya özü gedib imza çəksin, ya da elektron imza göndərsin. Daha sonra Rəsul Cəfərov özü mənə zəng etdi ki, o vəkildir və apelyasiya məhkəməsində işə çıxır. Mən də dedim ki, mən MSK katibi kimi məhkəmədən xahiş edərəm sənin işlərini sabaha keçirər. Amma yenə də imza məsələsi həllini tapmadı”.

MSK Rəsul Cəfərovun dairə seçki komissiyasının hərəkətsizliyindən olan müraciətini anonim olduğu üçün baxılmamış saxlayıb. Seçki məntəqələrində pozuntularla bağlı müraciəti isə vaxtı ötdüyü üçün özünə geri göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR