• Bakı 28° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8972

    RUB - 0.0186

Siyasi oyunlar: manipulyasiya və sui-qəsd cəhdləri effektivdirmi?

SİYASƏT

17 Iyul 2024 | 16:13

Siyasi oyunlar: manipulyasiya və sui-qəsd cəhdləri effektivdirmi?

Siyasi mühitdə hakimiyyətə gəlməyə çalışan insanlar və qruplar müxtəlif strategiyalar və taktikalardan istifadə edirlər. Bunlar arasında sui-qəsd, manipulyasiya, və digər siyasi oyunlar yer alır. Hər birinin effektivliyi və ictimai rəğbəti qazanmaqda necə təsir etdiyi məsələsi isə cəmiyyət üçün daim müzakirə mövzusudur.

Həmişə effektivlik dərəcəsinin müzakirə mövzusu olduğu bu məsələlərin tutarlılığı hadisənin nəticələrinə, qanun və ədalət prinsiplərinə uyğunluğuna bağlı olur.

Bəzən bu cür yollarla hakimiyyətə gəlmək mümkün olsa da, bu yol bəzi ictimai qruplar və şəxslər tərəfindən yaxşı qarşılanmır. Həmçinin, sui-qəsd və ya digər cəhdlər siyasi sabitliyin pozulmasına gətirib çıxarır.

Son günlər ABŞ prezidentiliyə namisəd Donald Trampa qarşı edilmiş sui-qəsd cəhdi bu mövzunu müzakirə etmək üçün şərait yaradıb. Baş verənlərin oyun, yoxsa reallıq olması cəmiyyət üçün ciddi müzakirə mövzusuna çevrilib.

Bəs bu tip siyasi oyunlar nə dərəcədə effektiv nəticə verir?

Bakıvaxtı.az bu sualın cavabını politoloq Elxan Şahinoğlu ilə çözməyə çalışıb.

Politoloq ilk olaraq Trampa qarşı edilmiş sui-qəsd mövzusuna toxunub:

“Donald Trampa tuşlanan güllə bir qədər sağ tərəfdən istiqamətlənsəydi, bu, onun ölümünə səbəb olacaqdı. Bu halda isə Cozef Baydenin yenidən prezident seçilmək ehtimalı daha da artmış olardı. Lakin Trampın reytinqi indiki halda daha yüksəkdir. Bu da onun rəqibinə qarşı üstünlük qazandığından xəbər verir”.

Amerika tarixində baş vermiş bu cür hadisələrdən söz açan müsahibimiz Con Kennediyə qarşı edilmiş sui-qəsddən nümunə gətirib. Bildirib ki, əgər Kennedi öldürülməsəydi, ABŞ-də daha böyük islahatçı cəhdlər həyata keçirilə bilərdi.

Elxan Şahinoğlu, politoloq

Sualımıza cavab olaraq isə Elxan Şahinoğlu həyata keçirilən bu və digər taktiki gedişlərin ölkələrin siyasi mühitinə olduqca ciddi təsir etdiyini qeyd edərək fikrini tamamlayıb:

“Uzunmüddətli və sürətli siyasi nəticələr əldə etmək üçün, ictimaiyyətin dəstəyini alaraq demokratik proseslər və inkişaf edən siyasət strategiyaları üzərində işləmək daha effektiv yol təşkil edir”.

Ekspert rəyi və ümumi formalaşmış ictimai rəydən belə fikir formalaşdırmaq olar ki, siyasi oyunlar və manipulyasiyalar bəzi siyasətçilər üçün qısa müddətlik də olsa, faydalı ola bilər, lakin bu siyasət prosesini, stabilliyi və ictimai faydalığı təhlükəyə salan addımdır.

Əli Hüseynov


SON XƏBƏRLƏR