• Bakı 27° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Ağsuda yol çökdü

HADİSƏ

19 May 2024 | 16:36

Ağsuda yol çökdü

Son günlər yağan güclü yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib.

Bakıvaxtı.az bildirir ki, yolun çökməsi avtomobillərin hərəkətinə mane yaradır.

Yolun 147-ci kilometrliyində asvalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib. Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər məcburən yolun kənarındakı torpaq hissə ilə növbəli hərəkət edirlər. Bu da dolduqca təhlükəlidir. Ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir./apa


SON XƏBƏRLƏR

31 May 2025