• Bakı 23° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Arvadını öldürüb, sonra özünə xəsarət yetirdi

HADİSƏ

19 May 2024 | 19:12 | Müəllif: Subhan Mahmudov

Arvadını öldürüb, sonra özünə xəsarət yetirdi

Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbaut Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1964-cü il təvəllüdlü Şükürov Vəli Mətləb oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026