• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Səudiyyə kralı xəstəxanaya yerləşdirildi

DÜNYA

19 May 2024 | 12:42

Səudiyyə kralı xəstəxanaya yerləşdirildi

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud yüksək hərarət və oynaq ağrıları səbəbilə Ciddədəki xəstəxanada tibbi müayinədən keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.

“İki Müqəddəs Ocağın xadimi Kral Salman bin Əbdüləziz Əl Səudun bazar günü tibbi müayinədən keçməsinə qərar verilib. Yüksək hərarət və oynaq ağrılarından əziyyət çəkən kral mayın 19-da Ciddə Kral Əs-Salam Sarayı Xəstəxanasına yerləşdirilib. Müalicə aparan həkim qrupu onun səhhətini yoxlamaq və narahatlığa səbəb olmadığına əmin olmaq üçün bir sıra müayinələr keçirməyi qərara alıb”, - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

26 Iyul 2024