• Bakı 10° C

    5.28 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Sumqayıtda sursat aşkar edildi - VİDEO

CƏMİYYƏT

19 May 2024 | 12:36

Sumqayıtda sursat aşkar edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

 


SON XƏBƏRLƏR

17 Aprel 2025