• Bakı 27° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU

CƏMİYYƏT

19 May 2024 | 12:32

Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU

Mayın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam şimal-qərb küləyi il əvəz olunacaq.

Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23 ° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 5-10° isti olacaq.


SON XƏBƏRLƏR