• Bakı 11° C

    15.77 m/s

  • USD - 1.7

    EUR - 1.8522

    RUB - 0.0173

VI siniflər üçün monitorinq başa çatdı - YENİLƏNİB

CƏMİYYƏT

19 May 2024 | 17:42

VI siniflər üçün monitorinq başa çatdı - YENİLƏNİB

 

Bu gün ölkə üzrə ümumi təhsil müəssisələrinin VI siniflərində keçirilən monitorinq uğurla başa çatdırılıb.

Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

VI siniflər üzrə monitorinq bu il ilk dəfə keçirilib. Proses növbəti tədris illərində də davam etdiriləcək.

Ümumilikdə IV və VI siniflər üzrə aparılan monitorinqdə 300 000-ə yaxın şagird iştirak edib.

***13:38

Mayın 19-da paytaxtda ümumi təhsil müəssisələrinin VI siniflərində monitorinq təşkil olunub. Monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, paytaxt üzrə monitorinq üçün ayrılan 91 imtahan mərkəzində Azərbaycan və rus bölməsi olmaqla 50 minə yaxın VI sinif şagirdi biliyini sınayıb.

Təhsilalanlara tədris dili fənni üzrə 25 qapalı sual, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.

Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dilindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, qüvvə və hərəkət, ətraf mühit və biz məzmun xətlərini əhatə edib.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə və digər struktur bölmə rəhbərləri monitorinq prosesini izləyiblər.

Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarətdir.

Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Qeyd edək ki, mayın 18-də ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilib. Ölkə üzrə 18-19 may tarixlərində IV və VI sinif şagirdlərini əhatə edən monitorinqlərdə 300 min nəfərə yaxın şagird iştirak edib.

 

10:52

Dövlət ümumi təhsil müəssisələrinin VI sinif şagirdləri üçün monitorinq keçirilir.

Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, monitorinqlər tədris dili, riyaziyyat və təbiət fənləri üzrə təşkil olunur.

Tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, qüvvə və hərəkət, ətraf mühit və insan məzmun xətlərini əhatə edir. İmtahanın müddəti 150 dəqiqədir. Tədris dili fənni üzrə 25 qapalı, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq sual təqdim olunacaq.

Hər cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavablara təsir göstərmir.

Xatırladaq ki, mayın 18-də IV sinif şagirdləri üçün monitorinq keçirilib. Monitorinqlərdə istifadə edilən qiymətləndirmə vasitələri IV və VI siniflər üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanır. Monitorinqdə ümumilikdə 300 minə yaxın məktəbli iştirak edəcək. Bütün dövlət ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər olduğu təqdirdə onlar monitorinqdə iştirak etməyə bilərlər.

Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda, tədrisin keyfiyyətinin artırılmasıdır.

Bu monitorinqlərin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.


SON XƏBƏRLƏR

04 Noyabr 2024