• Bakı 22° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Azərbaycanda bu məhsulların istehsalı artıb

CƏMİYYƏT

18 Iyun 2024 | 14:12

Azərbaycanda bu məhsulların istehsalı artıb

2024-cü ilin yanvar-may aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 230,8 min ton ət, 915,1 min ton süd, 983,5 milyon ədəd yumurta, 11,4 min ton yun istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7%, süd stehsalı 0,6%, yumurta istehsalı 7,1% artıb, yun istehsalı isə 2,6% azalıb.

    Qeyd edək ki, 2024-cü ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3352,4 milyon manat təşkil edib ki, onun da 2569,4 milyon manatı heyvandarlıq, 783 milyon manatı bitkiçilik məhsullarının payına düşür.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Sentyabr 2026