• Bakı 31° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Bu hallarda təcili yardımı çağırsanız, GƏLMƏYƏCƏK

CƏMİYYƏT

18 Iyul 2024 | 12:05

Bu hallarda təcili yardımı çağırsanız, GƏLMƏYƏCƏK

Təcili tibbi yardımın nə zaman çağırışa getmədiyi açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-a Təcili və Təxirəsalınmaz Tibbi Xidmətdən məlumat verilib.

Belə ki, aşağıdakı hallar olduqda təcili tibbi yardım çağırışa gəlmir:

1. Sahə həkimi/ailə həkimi tərəfindən planlı müalicə prosedurların aparılması (inyeksiya, vena daxili infuziya ("sistemin köçürülməsi"), sarğı) və ya xəstəlik vərəqəsinin verilməsi;

2. Təcili tibbi yardım tərəfindən planlı müalicə təyinatının alınması və ya planlı müayinənin (ekg çəkilməsi) aparılması;

3. Pasiyentin öz istəyi ilə müalicə aldığı tibb müəssisəsindən digərinə ambulans ilə daşınması, köçürülməsi, təyin etdiyi tibb müəssisəsinə təxliyə olunması;

4. Tibb müəssisəsində tibbi xidmət göstərildikdən sonra pasiyentin evə və digər ünvanlara daşınması

5. Vəfat etmiş şəxsin daşınması;

6. Stomatoloji yardımın göstərilməsi;

7. Müayinə məqsədilə gündəlik olaraq şəkərin, arterial təzyiqin və saturasiyanın ölçülməsi.

Mina Mikayılova


SON XƏBƏRLƏR

10 Iyul 2025