• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Avrora şirkəti "Açıq qapı" günü elan edir!

CƏMİYYƏT

17 Avqust 2024 | 10:00 | Müəllif: Qalib İbrahimoğlu

Avrora şirkəti "Açıq qapı" günü elan edir!

Avrora Şirkətlər Qrupu böyüməkdə olan komandasına mütəxəssis və fəhlə kateqoriyalarında 100-dən çox vakant yerlər üzrə namizədlərin dəyərləndirilməsi üçün açıq qapı günü təşkil edəcək.

Bakıvaxtı.az xəbər verir ki, şirkətin baş ofisində keçiriləcək açıq qapı günü 21 avqust tarixində saat 10:00-dan etibarən başlayacaq və 16:00-a kimi davam edəcək. Açıq qapı günündə aşağıdakı vakansiyalar üzrə müraciətlər qəbul edilib, müsahibə təşkil ediləcəkdir:

  • Satış üzrə nümayəndə;
  • Merçendayzer;
  • Sürücü;
  • Sürücü köməkçisi;
  • Fəhlə;
  • Sifariş sayım operatoru;
  • Sifariş toplama operatoru;
  • Avtokar sürücüsü;
  • Nəzarətçi (yükləmə, stok, geriqaytarma);
  • Satış üzrə məsləhətçi (şərab evi) və s.

Əgər siz də komandamızın üzvü olmaq istəyirsinizsə, açıq qapıda iştirak edin və Avrora ailəsinə qoşulun.

Maraqlanan şəxslərin qeyd edilən tarixdə Avrora baş ofisinə yaxınlaşması xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026