Bu gün Yer kürəsində yenidən güclü maqnit qasırğası başlayacaq.
Bakıvaxtı.az bu barədə “Phobos” hava mərkəzinə istinadla xəbər verir.
Məlumata görə, saat 10:00-dan başlayaraq planetdə zəif maqnit qasırğası başlayacaq. Günortadan 19:00-dək biz G3 (güclü) səviyyəsində Yerin maqnit sahəsində müəyyən dərəcədə pozulma gözləməliyik.
Maqnit qasırğası sentyabrın 17-si saat 13:00-dək davam edəcək.
















