• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Sədərək" ticarət mərkəzində bir qrup şəxs girov götürülüb? - DİN-dən AÇIQLAMA

CƏMİYYƏT

16 Avqust 2024 | 19:31 | Müəllif: Subhan Mahmudov

"Sədərək" ticarət mərkəzində bir qrup şəxs girov götürülüb? - DİN-dən AÇIQLAMA

Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərinin birində yerləşən mağazada bir qrup şəxsin girov saxlanılması iddiası ilə bağlı paylaşılan görüntülər araşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanı deyib.

    O bildirib ki, Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərinin birində yerləşən mağazada bir qrup şəxsin girov saxlanılması iddiası ilə bağlı paylaşılan görüntülər araşdırılıb:

    "Müəyyən olunub ki, görüntülərdəki şəxslər mağazanın icarədarlarıdır və icarə məsələsinə görə mağazanın yeni sahibi ilə aralarında narazılıq yaranıb.Həmin şəxslərin girov saxlanılması ilə bağlı iddialar əsassızdır".

    Qeyd edək ki, sosial media platformalarında Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərindən birində bir qrup şəxsin girov götürülməsi ilə bağlı iddianı özündə əks etdirən video görüntü yayılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026