• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Bakıda sərnişin avtobusları qəza törətdi: xeyli sayda yaralılar var - YENİLƏNİB + FOTO

HADİSƏ

19 May 2024 | 18:24 | Müəllif: Subhan Mahmudov

Bakıda sərnişin avtobusları qəza törətdi: xeyli sayda yaralılar var - YENİLƏNİB + FOTO

19.05.2024-cü il tarixində saat 15:15 radələrində Yasamal rayonu, Şərifzadə küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər Kliniki Tibbi Mərkəzə Hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında deyilir. 

Onlardan 67 yaşlı (qadın cinsli) şəxsə sağ çiyin nahiyəsinin travması, 62 yaşlı  (qadın cinsli) şəxsə isə çənənin kəsilmiş yarası diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

2 nəfərə isə hadisə yerində zəruri tibbi yardım göstərilib.

 

***16:58

Bakının Yasamal rayonunda iki sərnişin avtobusu toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

"Xaliq Faiqoğlu" MMC-yə məxsus sərnişin avtobusu metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə 3 TTTYX-nin avtomobili və canlı briqadası cəlb edilib./apa


Bakıda sərnişin avtobusları qəza törətdi: xeyli sayda yaralılar var - YENİLƏNİB + FOTOBakıda sərnişin avtobusları qəza törətdi: xeyli sayda yaralılar var - YENİLƏNİB + FOTOBakıda sərnişin avtobusları qəza törətdi: xeyli sayda yaralılar var - YENİLƏNİB + FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026