• Bakı 16° C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Sülhməramlıların sonuncu partiyası da Qarabağı tərk edir - VİDEO

CƏMİYYƏT

08 May 2024 | 11:43

Sülhməramlıların sonuncu partiyası da Qarabağı tərk edir - VİDEO

Rusiya sülhməramlılarının sonuncu partiyası da Qarabağı tərk edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, sülhməramlıların şəxsi heyəti və texnikası bu gün səhər azad olunmuş əraziləri tərk edib və Bərdə rayonu ərazisindən keçib.

Ötən ay Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Sözügedən görüntüləri təqdim edirik:


SON XƏBƏRLƏR

18 May 2024