• Bakı 16° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Talassemiya xəstələri də sağlam övlad sahibi ola bilərlər

CƏMİYYƏT

08 May 2024 | 15:23

Talassemiya xəstələri də sağlam övlad sahibi ola bilərlər

"Talassemiya xəstələri də sağlam övlad sahibi ola bilərlər”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova açıqlayıb.

Onun sözlərinə görə, əgər talassemiya mayor xəstəsi normal pubertat dövrünü yaşayırsa, aylıq regl-da pozulmalar yoxdursa və hormonal disfunksiya izlənilmirsə, xəstə normal hamiləlik yaşaya bilər:

“Lakin unutmayaq ki, hamiləlik dövründə qadın dəmir qovucu preparatlardan istifadə edə bilməyəcək. Ona görə də, davamlı hemotransfuziya alan xəstənin daxili orqanları, xüsusən qaraciyər, ürək, beyin, böyrək dəmir yüklənməsi yönündən yaxşı müayinə edilməlidir. Hamiləlik öncəsi genetika mütəxəssis, ginekoloq və hematoloq ilə birgə planlamalar aparılmalıdır. Ümumiyyətlə, 2 daşıyıcı nikaha daxil və övlad sahibi olmaq istərsə, bu cütlüyün 25% sağlam, 25% xəstə, 50% daşıyıcı övladları dünyaya gələ bilər”.

Ş.Şabanova qeyd edib ki, bu səbəbdən hamiləliyə genetik kontrol və ekstrakorporal mayalanma ilə icazə verilir.

 

Mina Mikayılova


SON XƏBƏRLƏR